"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçdi
Operativ Media
"Axmat" yarımmüdafiəçi Julio Romaonu heyətinə qatıb.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qroznı klubu 28 yaşlı braziliyalı futbolçu ilə 3 illik razılaşma əldə edib.
Romao 2025-ci ilin fevralından 2026-cı ilin iyununa qədər "Ferentsvaroş"da çıxış edib. Yarımmüdafiəçi 2025/26 mövsümündə Macarıstan komandasının heyətində bütün turnirlərdə 27 oyunda meydanda olub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Ferentsvaroş"dan başqa, Romao Braziliyanın "Ponte Preta" və "Santa Kruz", Portuqaliyanın "Santa Klara" və "Qarabağ" klublarında da çıxış edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net