Menyu

Azərbaycanın hava məkanında uçuşların intensivliyi artıb

Operativ Media
Azərbaycanın hava məkanında uçuşların intensivliyi artıb

2026-cı ilin birinci yarısında sərnişin daşımaları ilə yanaşı, Azərbaycanın hava məkanında uçuşların intensivliyi də yüksəlib.

Operativ Media-ya bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Məlumata görə, “Azəraeronaviqasiya” HHİ (AZANS) tərəfindən ilin ilk altı ayında ölkənin hava məkanında 180 mindən çox uçuşa aeronaviqasiya xidməti göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur:

"Tranzit uçuşların sayı isə 14,4% artaraq 143 mini ötüb. Dövrün ən yüksək sutkalıq göstəricisi 9 may tarixində qeydə alınıb. Həmin gün Azərbaycanın hava məkanında 1,271 hava gəmisinə xidmət göstərilib.

Tranzit uçuşlarda “Turkish Airlines”, “Singapore Airlines”, “Lufthansa”, “Cathay Pacific”, “British Airways”, “Thai Airways”, “Air France”, “KLM”, “Korean Air” və “Aerologic” kimi dünyanın aparıcı aviaşirkətlərinin üstünlük təşkil etməsi Azərbaycanın hava məkanına və göstərilən aeronaviqasiya xidmətlərinə beynəlxalq etimadın artdığını nümayiş etdirir.

İlk yarımilliyin nəticələri göstərir ki, Azərbaycan aviasiyası dəyişən qlobal şəraitə çevik uyğunlaşaraq inkişafını davam etdirir. Transfer sərnişinlərinin artması, marşrut şəbəkəsinin genişlənməsi, yeni aviadaşıyıcıların bazara daxil olması və hava məkanından istifadənin artan intensivliyi ölkənin regional aviasiya və aeronaviqasiya mərkəzi kimi rolunu daha da gücləndirir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər