Azərbaycanın stolüstü tennis millisi Avropa çempionatı üçün Portuqaliyaya yollandı
Operativ Media
Stolüstü tennisçilər növbəti Avropa çempionatında istirak edəcəklər.
Operativ Media xəbər verir ki, seçmə komandamızın uzvləri bu məqsədlə Portuqaliyaya yola düşublər. Qondomar şəhərində təşkil olunacaq yarışda kişilərdən ibarət seçmə komandanın baş məşqçisi Mixail Timofeyevlə, gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Tunar Bağırov, Onur Quluzadə, Ruslan Kərimov, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Şəbnəm Mansurova, Xədicə Babazadə və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iyulun 10-dan 19-dək keçiriləcək çempionatın oyunlarını idarə edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net