Menyu

Azərbaycanın 12 avarçəkəni Gürcüstandakı reqatada iştirak edəcəklər

Operativ Media
Azərbaycanın 12 avarçəkəni Gürcüstandakı reqatada iştirak edəcəklər

Azərbaycan avarçəkənləri Gürcüstanın Poti şəhərində təşkil olunacaq beynəlxalq reqatada iştirak edəcəklər.

Azərbaycan Su İdman Növləri Federasiyasından Operativ Media-ya bildirilib ki, iyulun 10-dan 12-dək keçiriləcək yarışda ölkəmiz 12 idmançı ilə təmsil olunacaq.

Akademik avarçəkmə növündə İsmayıl Şirinov, Sabit Abdullayev, Məhəmməd Həsənov və İsabala Dadaşzadə qüvvələrini sınayacaqlar. Kanoe yarışlarında Fəxri Sadıqlı, Vaqif Mustafazadə və Rüstəm Əsgərov medal uğrunda mübarizə aparacaqlar.

Kayak üzrə isə İvan Vorobjanski, Qiyas Əhmədov, Tengiz Qaqnidze, Elmir Tərverdiyev və Mustafa Vəlizadə bacarıqlarını göstərəcəklər.

Yığmaya məşqçilər Tofiq Bayramov və Fərid Saadov rəhbərlik edəcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər