Menyu

Azərbaycanlı mütəxəssis FIVB Millətlər Liqasına tibbi nümayəndə təyin edildi

Əziz Əzizli
Azərbaycanlı mütəxəssis FIVB Millətlər Liqasına tibbi nümayəndə təyin edildi

FIVB Tibb Komissiyasının üzvü həmyerlimiz Vüsalə Kazımova 08-19 iyul tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək FIVB Voleybol Millətlər Liqasında (VNL) qadın və kişi komandalarının oyunlarında FIVB-nin tibbi nümayəndəsi (Medical Delegate) qismində fəaliyyət göstərəcək.

Operativ Media xəbər verir ki, Belqrad mərhələsində 8-12 iyul tarixlərində qadın, 15-19 iyul tarixlərində isə kişi milli komandaları mübarizə aparacaq.

Vüsalə Kazımova yarış zamanı tibbi xidmətlərin beynəlxalq standartlara uyğun təşkilinə, tibbi təminatın koordinasiyasına və həyata keçirilməsinə nəzarəti təmin edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər