Menyu

SEPAH İranın şimal-qərbində silahlı qrupu zərərsizləşdirib

Operativ Media
SEPAH İranın şimal-qərbində silahlı qrupu zərərsizləşdirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Qərbi Azərbaycan ostanında silahlı qrupa qarşı əməliyyat keçirdiyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

SEPAH-ın açıqlamasına görə, İran ərazisinə daxil olaraq təxribat həyata keçirməyi planlaşdıran silahlı qrup əvvəlcədən kəşfiyyat məlumatları əsasında müəyyən edilib.

Daha sonra Piranşəhr şəhəri yaxınlığındakı dağlıq ərazidə təşkil edilən əməliyyat zamanı qrup pusquya salınıb.

Bildirilib ki, İran Kürdüstan Demokrat Partiyası ilə əlaqəli olduğu iddia edilən beş silahlı əməliyyat zamanı öldürülüb.

Açıqlamada həmçinin qeyd olunub ki, əməliyyat nəticəsində silahlı qrupun istifadə etdiyi silah və digər hərbi ləvazimatlar da ələ keçirilib.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər