"Sabah" Ukrayna klubu ilə qarşılaşacaq
Operativ Media
Avstriyanın Tirol şəhərində təlim-məşq toplanışında olan “Sabah” növbəti yoxlama matçını keçirəcək.
Operativ Media xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda Ukrayna təmsilçisi “Polissya” ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, “Sabah” toplanış çərçivəsində daha əvvəl “Universitatya” (Rumıniya) və “Ferentsvaroş”la (Macarıstan) qüvvəsini sınayıb. Hər iki görüş 1:1 hesabı ilə başa çatıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net