Bu ilin ilk beş ayında 3 milyon dollarlıq çay ixrac edilib
Operativ Media
Bu ilin yanvar-may ayları ərzində ölkədən 3 milyon ABŞ dolları dəyərində 349 tondan çox çay ixrac edilib.
Operativ Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 16,8 faiz, həcmi isə 21,1 faiz artıb.
Cari ilin ilk beş ayında çayın ümumi ixracda xüsusi çəkisi 0,02 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,06 faizə bərabər olub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma