"Tottenhem" rekord məbləğə transfer gerçəkləşdirdi
Operativ Media
"Vest Hem"in yarımmüdafiəçisi Mateuş Fernandeş "Tottenhem"ə transfer olunub.
Operativ Media xəbər verir ki, nu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı portuqaliyalı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb, lakin müqavilənin müddəti açıqlanmır. O, yeni komandasında 18 nömrəli formada çıxış edəcək.
Daha əvvəl "Tottenhem"in bu oyunçu üçün təxminən 98,5 milyon avro ödəyəcəyi bildirilirdi. Beləliklə, London klubu keçən yay Xavi Simonsu "Leypsiq"dən 65 milyon avroya transfer edərək müəyyənləşdirdiyi klub rekordunu təzələyib.
Fernandeş 2025-ci ilin yayından "Vest Hem"də çıxış edirdi. Yarımmüdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə ümumilikdə 42 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net