Aleksander Çeferin UEFA konqresində yeganə namizəd olacaq
Əziz Əzizli
Sabah UEFA-nın 47-ci növbədənkənar konqres keçiriləcək.
"Operativ Media" xəbər verir ki, hazırkı prezident Aleksander Ceferin seçkiyə yeganə namizəd kimi daxil olacaq. Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək növbədənkənar konqresdə prezident seçkiləri keçiriləcək.
2016-cı ildə UEFA-nın 7-ci prezidenti kimi vəzifəyə başlayan 55 yaşlı sloveniyalı futbol adamı 2019-cu ildə keçirilən seçkilərdə yenidən seçilmişdi.
Həmçinin konqresdə UEFA İcraiyyə Komitəsinə ən azı biri qadın olmaqla ümumilikdə 9 üzv ilə FİFA Şurasına göndəriləcək üzvlər müəyyənləşəcək.
Bu arada Aleksander Ceferin konqresdən sonra mətbuat konfransı keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net