Menyu

MN: “Ən yaxşı mühəndis-istehkam bölüyü” adı uğrunda yarış keçirilir

Nərmin Qocamanlı
MN: “Ən yaxşı mühəndis-istehkam bölüyü” adı uğrunda yarış keçirilir

Cari ilin döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun N hərbi hissəsində “Ən yaxşı mühəndis-istehkam bölüyü” adı uğrunda yarış keçirilir.

MN-dən "Operativ Media"ya verilən məlumata görə, təsdiq olunan plana uyğun olaraq keçirilən yarışda hərbi qulluqçuların mühəndis qoşunlarının silahlandırma vasitələri və qoşun xidməti üzrə nəzəri, eləcə də fərdi şəkildə ixtisas bilikləri yoxlanılır.

Daha sonra istehkamçılar xüsusi təchiz edilmiş təlim meydançasında mina sahələrinin qurulması, keçidlərin açılması, minaaxtaranlar vasitəsilə mina və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, eləcə də mühəndis-istehkam təminatı üzrə digər tapşırıqları yerinə yetirirlər.

Qeyd edək ki, yekun nəticələrə əsasən "Ən yaxşı mühəndis-istehkam bölüyü" adına layiq görülən bölmə Quru Qoşunları üzrə keçiriləcək yarışda iştirak edəcək.

Teqlər:

"MN: “Ən yaxşı mühəndis-istehkam bölüyü” adı uğrunda yarış keçirilir"

Əlaqəli Xəbərlər