Menyu

Serbiya ilə Kosovo arasında danışıqların növbəti mərhələsi sabah keçiriləcək

Serbiya ilə Kosovo arasında danışıqların növbəti mərhələsi sabah keçiriləcək

Serbiya ilə Kosovo arasında danışıqların növbəti mərhələsi aprelin 4-də keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç təsdiqləyib.

Serbiya lideri vurğulayıb ki, Brüsseldə baş tutacaq danışıqlar çətin keçəcək:
"Brüsseldə Belqrad və Priştina arasında texniki səviyyədə danışıqların yeni mərhələsi keçiriləcək. Bəli. Çətin olacaq. Kosovalıların həqiqətən də nəsə etməyi planlaşdırdığını düşünmürəm".

Onun sözlərinə görə, əsas olan odur ki, onlar Kosovodakı albanlarla münasibətləri normallaşdıra biləcəklər, ya yox.

“Hazırda isə bu, real görünmür. Onlar hər gün yeni münaqişələr yaradır, xalqımızı münaqişəyə təhrik edir və şimal istiqamətində saysız hücumlar həyata keçirir", - Vuçiç əlavə edib.

Serbiya lideri dialoqa sadiq qalacaqlarını vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər