Ana səhifə / Cəmiyyət / Keşlədə obyektdə yanğın baş verib Keşlədə obyektdə yanğın baş verib 04.06.2026, 13:17 Operativ Media Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.