Menyu

Energetika naziri Ukraynanın Baş nazirinin birinci müavini ilə görüşüb

Operativ Media
Energetika naziri Ukraynanın Baş nazirinin birinci müavini ilə görüşüb

Energetika naziri Pərviz Şahbazovla Ukraynanın Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmiqal arasında görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və Ukrayna arasında dostluq və əməkdaşlıq münasibətlərinin uzunillik tarixə malik olduğu vurğulanıb. Birgə Hökumətlərarası Komissiyanın enerji, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığı genişləndirdiyi bildirilib.

Görüş zamanı humanitar əməkdaşlıq və Azərbaycanın Ukraynaya göstərdiyi dəstək də yüksək qiymətləndirilib. Ukrayna tərəfi xüsusilə humanitar yardımların və enerji sektorunda göstərilən dəstəyin ölkə üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Görüşdə enerji təhlükəsizliyi məsələləri, iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub. Potensial istiqamətlər üzrə işçi qrupların yaradılması məqsədəuyğun hesab edilib.

Fotogalereya

Əlaqəli Xəbərlər