Menyu

Sahil Babayev: Rəqəmsal maliyyə idarəçiliyi şəffaflıq və operativliyi artırır

Operativ Media
Sahil Babayev: Rəqəmsal maliyyə idarəçiliyi şəffaflıq və operativliyi artırır

Biz icra proseslərinin də sürətləndirilməsinə, şəffaflaşdırılmasına, daha da səmərəliləşdirilməsinə böyük diqqət ayırırıq. Cənab Prezidentin müvafiq Fərmanı ilə yaradılmış Rəqəmsal Dövlət Maliyyəsi Sistemi artıq bu gün işə düşüb.

Operativ Media xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibəsində bildirib.

“Biz büdcənin proqnozlaşdırılmasından tutmuş, büdcənin icrası, xəzinədarlığın fəaliyyəti, riskəsaslı yoxlama meyarları – bütün bu elektron platformaları vahid baza üzərində yaradırıq və mərhələlərlə onlar işə salınır”, - deyən S.Babayev əlavə edib ki, bu gün artıq büdcə proqnozlaşdırılmasının böyük bir hissəsi elektron platformalar üzərindən həyata keçirilir. Xəzinədarlıq elektron sistemi ciddi şəkildə yenidən təşkil olunur və artıq biz xəzinədarlıq ödənişlərinin bank hesablarında olduğu kimi, maksimum bir gün ərzində icrasını təmin etmişik. Düşünürəm ki, yeni elektron sistemin ilin sonuna qədər tam işə düşməsi ilə bu müddət iki saata qədər azalacaq.

Əlaqəli Xəbərlər