Pezeşkian: Bəziləri danışıqlara ehtiyac olmadığını təbliğ edir
Operativ Media
İranın mərhum Ali rəhbəri Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb.
Operativ Media xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, 12 günlük müharibə zamanı Əli Xameneinin yanında olub və mərhum lider danışıqların necə aparılmalı olduğunu izah edib.
“Əli Xamenei ABŞ ilə danışıqların aparılmalı olduğunu qabardırdı. Lakin indi bəziləri danışıqlara ehtiyac olmadığını təbliğ edir”, - İran Prezidenti qeyd edib.