Menyu

“Axios”: ABŞ və İran arasında atəşkəs uzadılacaq

Operativ Media
“Axios”: ABŞ və İran arasında atəşkəs uzadılacaq

Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında ikitərəfli sülh memorandumunun layihəsi atəşkəsin 60 gün uzadılmasını və hərtərəfli sülh sazişi üzrə danışıqların davam etdirilməsini nəzərdə tutur.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin “Axios” xəbər agentliyi sənədə istinadla məlumat yayıb.

Bildirilib ki, memorandumun mətnində atəşkəs müddətində Hörmüz boğazından gəmiçilik fəaliyyətinin bərpa olunması və İranın sərbəst şəkildə neft ticarəti edə biləcəyi qeyd edilib.

Saziş layihəsində İranın Hörmüz boğazını minalardan təmizləməyə başlayacağı da vurğulanıb.

Layihəyə əsasən, ABŞ və İran atəşkəs müddətində Tehranın nüvə proqramı ilə bağlı danışıqları davam etdirəcək.

Bununla yanaşı, ABŞ tam razılaşma əldə olunana qədər İran ətrafında hərbi mövcudluğunu qoruyacaq.

Lakin İran limanlarının blokadasını aradan qaldıracaq və bu ölkəyə qarşı sanksiyaları yumşaldacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər