Menyu

Lukaşenko: Üfüqdə üçüncü dünya müharibəsi görünür

Lukaşenko: Üfüqdə üçüncü dünya müharibəsi görünür

Belarusun müstəqillik tarixində suverenliyin qorunub saxlanılması məsələsi heç vaxt bu qədər kəskin olmayıb.

"Operativ Media" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün parlamentə və xalqa müraciəti zamanı deyib.

Belarus lideri qeyd edib ki, son onilliklər ərzində baş verən qaynar münaqişələr Qərbin bütün dünyanı özünə tabe etmək istəyi ilə başladı.

“Ukrayna xalqına sülh lazımdır, lakin onların bu istəyi Qərbdə heç kimi maraqlandırmır”, - deyə Lukaşenko vurğulayıb.

Lukaşenkonun dediklərinə əsasən, Rusiya Krımı öz ərazilərinə daxil etməyə məcbur olub.

“ABŞ icazə verməyincə Ukraynadakı qırğın bitməyəcək. Qərb Minsk danışıqları zamanı əldə etdiyi vaxtdan Ukraynanı silahlandırmaq üçün istifadə edib”, - Belarus Prezidenti əlavə edib.

“Üfüqdə nüvə silahlarının yaratdığı yanğınlarla müşayiət olunan üçüncü dünya müharibəsi görünür”, - deyə Lukaşenko bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər