Menyu

WUF13 tədbirinin nəqliyyat planı və iş rejimi açıqlanıb

Operativ Media
WUF13 tədbirinin nəqliyyat planı və iş rejimi açıqlanıb

Qlobal ideyaların və şəhər innovasiyalarının bir araya gəldiyi Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) nəqliyyat xidmətləri fəaliyyət göstərəcək.

Bu barədə Operativ Media-ya WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, hava limanını şəhərin əsas nəqliyyat qovşaqları ilə birləşdirən və 24/7 fəaliyyət göstərən 6 müntəzəm avtobus xətti; (Bu xidmətə, WUF13 tədbir məkanında dayanacağı olan Nərimanov marşrutu üzrə hərəkət edən avtobuslar da daxildir.) WUF13 tədbir məkanı ilə əsas qonaqlama ərazilərini birləşdirən 9 nəqliyyat mübadilə mərkəzi, məhdud hərəkət imkanlarına malik iştirakçılar üçün əlçatan taksi xidmətləri barədə ətraflı məlumat WUF13 Nəqliyyat Bələdçisində qeyd olunub.

Belə ki, hava limanı daşınmaları üçün ayrılmış müntəzəm avtobus xətlərinin iş saatları 30 dəqiqə intervalla 24 saat olacaq:

"Şəhərdaxili müntəzəm avtobus xətlərinin iş saatları 5-15 dəqiqə intervalla 06:00 – 21:00 olacaq. Dəmiryol qatarları 15-40 dəqiqə intervalla 06:30 – 23:00 saatlarında fəaliyyət göstərəcək. Şəhərətrafı qatarların hərəkət interval pik saatlarda 15-25 dəqiqə, orta hesabla 20-40 dəqiqə nəzərdə tutulub. Qeyri-pik saatlarda interval 1 saata qədər ola bilər".

Qeyd olunub ki, nəqliyyat vasitələri pik saatlarda daha sıx, qeyri-pik saatlarda isə daha uzun intervallarla hərəkət edir. "Metro da 2-4 dəqiqə intervalla 06:00 – 00:00 fəaliyyət göstərəcək", - məlumatda bildirilib.

Bildirilib ki, "Bakı Taksi Xidməti" tələb üzrə 24 saat işləyəcək.

Akkreditasiyadan keçmiş iştirakçılar WUF13-ün müntəzəm avtobuslarından ödənişsiz istifadə edə bilərlər. Digər hallarda ictimai nəqliyyat vasitələri və taksi xidmətləri standart tariflər əsasında fəaliyyət göstərir. Hava limanının müntəzəm avtobus xətləri barədə də məlumat verilib:

"A1 – 28 May

A2 – N. Nərimanov

A3 – İzmir

A4 – Şıx

A5 – İçərişəhər"

Həmçinin WUF13 rəqəmsal nəqliyyat xəritəsi, tədbir müddətində iştirakçıların Bakı şəhəri daxilində səfərlərini rahat və effektiv şəkildə planlaşdırmasına imkan verən interaktiv naviqasiya platformasıdır. Platforma vasitəsilə iştirakçılar WUF13 şəhərdaxili müntəzəm avtobus şəbəkəsi, nəqliyyat mübadilə mərkəzləri, rəsmi hotellər, tədbir məkanına giriş nöqtələri və müntəzəm avtobusların hərəkət cədvəlləri barədə real vaxt rejimində məlumat əldə edə bilirlər. Eyni zamanda hava limanı, qonaqlama zonaları, nəqliyyat mübadilə mərkəzləri və WUF13 tədbir məkanı arasında marşrut planlaşdırmaq, ən yaxın dayanacaqları müəyyən etmək və ən uyğun səyahət variantını seçmək mümkündür.

Əlaqəli Xəbərlər