Menyu

Naxçıvana uçuşlar təxirə salınıb

Operativ Media
Naxçıvana uçuşlar təxirə salınıb

Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) müvafiq istiqamətdə uçuşları təxirə salınıb.

Bu barədə Operativ Media-ya səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.

Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.

Əlaqəli Xəbərlər