Ana səhifə / Dünya / Əfqanıstanda məktəbə əl qumbarası atılıb, iki şagird həlak olub Əfqanıstanda məktəbə əl qumbarası atılıb, iki şagird həlak olub 31.03.2023, 12:04 Nərmin Qocamanlı Əfqanıstanın şimalındakı Cüzcan vilayətinin Kuştəpə rayonunda məktəbə əl qumbarası atılıb. "Operativ Media" xəbər verir ki, hadisə bağlı Cüzcan Polis İdarəsinin sözçüsü Əbdül Səttar Həlimi mətbuata açıqlama verib. O bildirib ki, naməlum şəxs Kuştəpə rayonundakı məktəbə əl qumbarası atıb, nəticədə 2 şagird həlak olub, 4 şagird yaralanıb. Yerli KİV-in məlumatına görə, hadisə qızların təhsil aldığı məktəbdə baş verib. Hadisənin təfərrüatı hələlik məlum deyil. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor