Reuters: Britaniya xarici işlər naziri iyunun əvvəlində Çinə səfər etməyi planlaşdırır
Operativ Media
Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper iyunun əvvəlində Çinə səfər etməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə Reuters mənbələrə istinadən xəbər verir.
Məlumata görə, 2-3 iyun tarixlərinə planlaşdırılan səfəri zamanı Kuper Pekində çinli həmkarı Vanq Yi ilə danışıqlar aparacaq və daha sonra biznes nümayəndələri ilə görüşlər keçirmək üçün cənub texnologiya mərkəzi olan Şençjen şəhərinə gedəcək.