Menyu

“Real” Joze Mourinyonu geri qaytarır – Rəsmi açıqlama tarixi bəlli oldu

Operativ Media
“Real” Joze Mourinyonu geri qaytarır – Rəsmi açıqlama tarixi bəlli oldu

"Benfika"nın baş məşqçisi Joze Mourinyo mövsümün sonunda "Real"a qayıdacaq.

Operativ Media xəbər verir ki, bu barədə COPE nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, klub 63 yaşlı portuqaliyalı mütəxəssisin təyinatını La Liqanın sonuncu — 38-ci turunda baş tutacaq "Atletik Bilbao" ilə matçdan sonra elan etmək niyyətindədir. Sözügedən qarşılaşma mayın 24-də keçiriləcək. Jurnalist Yağız Sabunçuoğlu isə "Real"ın bu keçidə görə "Benfika"ya 6 milyon avro təzminat ödəyəcəyini xəbər verib.

Xatırladaq ki, Mourinyo 2010–2013-cü illərdə də "Real"da çalışıb. Onun rəhbərliyi altında madridlilər həm İspaniya çempionu, həm də ölkə Kuboku və Superkubokunun qalibi olublar. Həmçinin komanda 2004-cü ildən bəri ilk dəfə məhz onun dövründə Çempionlar Liqasının 1/8 final mərhələsini keçməyi bacarıb.

"Real"dan ayrıldıqdan sonra Mourinyo "Çelsi", "Mançester Yunayted", "Tottenhem", "Roma", "Fənərbaxça" və son olaraq 2025-ci ilin sentyabrından rəhbərlik etdiyi "Benfika"da fəaliyyət göstərib.

Əlaqəli Xəbərlər