Menyu

Jali Muaddib “Qarabağ” iddialarını təkzib etmədi

Operativ Media
Jali Muaddib “Qarabağ” iddialarını təkzib etmədi

Kiprin “Omoniya” klubunun futbolçusu Jali Muaddib “Qarabağ”a keçidi ilə bağlı sualla qarşı-qarşıya qalıb.

Operativ Media yerli mətbuata istinadən xəbər verir ki, fransalı vinger klubunun son matçının ardından mətbuat önünə çıxıb.

Qarşılaşmanı dəyərləndirən 25 yaşlı sol cinah oyunçusu “Qarabağ”a transferinizlə bağlı nə deyə bilərsiniz”, sualı qarşısında “bu suala cavab vermək istəmirəm”, deyib.

Kipr mətbuatının iddiasına görə, Muaddib “Qarabağ”la müqavilənin bütün detallarını razılaşdırıb. Oyunçunun “Omoniya” ilə müqavilə müddətinin bu ayın sonuna qədər olduğu və onun Azərbaycan klubuna azad agent kimi keçəcəyi bildirilib

Əlaqəli Xəbərlər