"Sabah"ın futbolçusu Avropa klublarının "radar"ına düşüb
Operativ Media
"Sabah"da uğurlu mövsüm keçirən Aaron Malouda Avropa klublarının diqqət mərkəzinə düşüb.
Operativ Media xəbər verir ki, 20 yaşlı vingerlə İtaliyanın "Sampdoria" və Şotlandiyanın "Seltik" klubları maraqlanırlar. Bu barədə nüfuzlu "L'Equipe" nəşri məlumay yayıb.
Həm B Seriyası təmsilçisi, həm də Şotlandiya nəhənginin fransalı futbolçuya təklif göndərdiyi və onunla danışıqlara başladığı bildirilir.
Qeyd edək ki, Aaron Maluda cari mövsüm "Sabah"ın heyətində bütün turnirlərdə 27 oyun keçirib, 8 qol və 4 məhsuldar ötürməylə yadda qalıb. O, mövsümün əvvəlində Fransanın "Lill" klubundan icarəyə götürülüb. Masazır təmsilçisi vingeri yanvarda birdəfəlik transfer edib. Onun "bayquşlar"la müqavilə müddəti 2029-cu ilin dekabrına qədərdir.