Azərbaycanlı güləşçi Hacı Əliyev Amerikanın RAF liqasında - RƏSMİ
Operativ Media
Azərbaycan güləşinin ən parlaq simalarından biri, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev karyerasında radikal və tarixi bir addım atıb.
Olimpiya oyunlarının ikiqat mükafatçısı olan təcrübəli idmançı ABŞ-ın son dövrlər ən səs-küylü layihələrindən biri hesab olunan "Real American Freestyle" (RAF) peşəkar güləş liqası ilə rəsmi müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, bu haqda RAF təşkilatının rəsmi sosial media hesablarında paylaşım edilib.
Bu müqavilə ilə Hacı Əliyev ABŞ-da sərbəst güləşi peşəkar şou və "fight-night" formatı ilə birləşdirən bu nüfuzlu platformada çıxış edəcək ilk azərbaycanlı idmançı kimi tarixə düşüb.