Belçika Ukraynaya 53 ədəd F-16 qırıcı təyyarəsi göndərəcək
Şəfa Hüseynli
Belçikanın müdafiə naziri Teo Franken Ukraynaya 53 ədəd F-16 qırıcı təyyarəsi təhvil veriləcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə "Le Vif" jurnalı məlumat yayıb.
Nazir təyyarələrin çatdırılma prosesinin 2029-cu ilə qədər davam edəcəyini bildirib. İlk 7 F-16 təyyarəsi Ukraynaya 2026-cı ildə təhvil veriləcək. Lakin onlardan 4-ü yalnız pilot təlimi üçün nəzərdə tutulub və döyüş uçuşlarında iştirak etməyəcək.