Menyu

"Qarabağ"ın vingeri İngiltərə klublarının hədəfində

Operativ Media
"Qarabağ"ın vingeri İngiltərə klublarının hədəfində

"Qarabağ"ın futbolçusu Emmanuel Addai karyerasını İngiltərədə davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu haqda jurnalist Alan Nikson məlumat yayıb.

Məlumata görə, vingerlə Çempionşip təmsilçiləri "Midlsbro" və "Hall Siti" yaxından maraqlanır.

Müqaviləsi bu mövsümün sonunda başa çatacaq 24 yaşlı qanalı oyunçunun özünün də İngiltərəyə köçməyə maraqlı olduğu bildirilir. Addai ilə həmçinin İspaniyanın "Elçe" klubu da maraqlananlar sırasındadır.

Qeyd edək ki, karyerası ərzində Mali, Fransa və İspaniyada çıxış etmiş futbolçu, "Qarabağ"ın heyətində mütəmadi olaraq çempionluq mübarizəsi aparmaqla yanaşı, Çempionlar Liqası və Avropa Liqası kimi mötəbər turnirlərdə geniş təcrübə qazanıb. Əsasən sol cinah vingeri olan Addai, həmçinin hücumameyilli yarımmüdafiəçi və sağ cinahda da çıxış edə bilir.

Əlaqəli Xəbərlər