Liviyada ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb
Operativ Media
Liviyanın ən böyük neft emalı zavodu Zaviyə şəhərindəki toqquşmalar səbəbindən tamamilə iflic vəziyyətinə düşüb.
Operativ Media xəbər verir ki, bu barədə zavodun açıqlamasında bildirilir.
Qeyd edilib ki, rəhbərlik təhlükəsizlik səbəbi ilə neft emalı zavodunun fəaliyyətini tamamilə dayandırıb və yanacaq çənlərini boşaldıb. Toqquşmalar nəticəsində kompleksin içinə bir neçə iri çaplı mərmi düşüb, lakin istehsal gücünə təsir etməyib.