Menyu

“Neftçi” 3x3 Dünya Seriyasında yarımfinala yüksəldi

Operativ Media
“Neftçi” 3x3 Dünya Seriyasında yarımfinala yüksəldi

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində yarımfinala yüksəlib.

Operativ Media-nın məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv bu gün 1/4 finalda Monqolustan millisini məğlub edib - 21:11.

"Ağ-qaralar" yarımfinalda ABŞ - "Ulan-Bator Amazons" (Monqolustan) duelinin güclüsü ilə qarşılaşacaq.

Xatırladaq ki, "Neftçi" ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarına qalib gəlib.

Əlaqəli Xəbərlər