Menyu

Azərbaycan Kubokunda finala doğru: Finallarda 300 minə yaxın tamaşaçı

Operativ Media
Azərbaycan Kubokunda finala doğru: Finallarda 300 minə yaxın tamaşaçı

Azərbaycan Kubokunun 34-cü mövsümünün finalı 31-ci həlledici qarşılaşma olacaq.

Operativ Media PFL-ə istinadən xəbər verir ki, bunadək 2001/02 və 2019/20 mövsümləri başa çatdırılmayıb. Baş tutan 31 finaldan biri – 2020/21 mövsümünün matçı koronavirus pandemiyası üzündən tamaşaçısız keçirilib.

30 finalı ümumilikdə 300 minə yaxın – 289 min 463 seyrçi izləyib. Həlledici qarşılaşmaların orta göstəricisi 9649-a bərabərdir.

2009/10 mövsümünün finalını isə rekord sayda 26000 tamaşaçı seyr edib. “Bakı” və “Xəzər Lənkəran” arasında keçirilən görüş ümumiyyətlə daxili yarışlarda qeydə alınan ən yüksək göstəricidir.

mövsüm finalda tamaşaçı

1992 1000

1993 10000

1993/94 1350

1994/95 5000

1995/96 5000

1996/97 5000

1997/98 5500

1998/99 8000

1999/00 6000

2000/01 2000

2001/02 -

2003/04 8000

2004/05 10000

2005/06 6000

2006/07 10000

2007/08 20000

2008/09 10000

2009/10 26000

2010/11 24000

2011/12 4300

2012/13 20000

2013/14 22000

2014/15 4500

2015/16 23000

2016/17 12800

2017/18 4500

2018/19 10000

2019/20 -

2020/21 -

2021/22 3500

2022/23 9000

2023/24 5500

2024/25 7513

Əlaqəli Xəbərlər