"Brayton" baş məşqçisi ilə müqavilə yenilədi
"Brayton"un baş məşqçisi Fabian Hürtseler klubla müqaviləsinin müddətini uzadıb.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni saziş 2029-cu ilin iyununa qədər nəzərdə tutulub.
"Bu klubda işləməyi və bu şəhərdə yaşamağı çox sevirəm, yeni müqavilə ilə bağlı razılığa gəldiyimiz üçün şadam. Klub tərəfindən mənə qarşı belə uzunmüddətli öhdəliyin nümayiş etdirilməsi mənim üçün böyük şərəfdir. Bu, ortaq uzunmüddətli hədəflərimizə çatmaq istəyimi daha da gücləndirir.
Əvvəldən əsas məqsədimiz komandanın kimliyini formalaşdırmaq, heyəti inkişaf etdirmək, mövcud qaydalara meydan oxumaq və standartlarımızı hər gün daha da yüksəltmək olub. İndiyədək əldə etdiyimiz nailiyyətlərlə qürur duyuram və bizi qarşıda nələrin gözlədiyinə görə daha çox həyəcanlıyam", – deyə 33 yaşlı mütəxəssis qeyd edib.
Hürtseler 2024-cü ilin iyul ayından "Brayton"a rəhbərlik edir. Onun başçılığı altında komanda keçirdiyi 85 oyunda 37 qələbə qazanıb, 24 dəfə heç-heçə edib və 24 məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, Hürtseler daha əvvəl "Sankt-Pauli" klubunu çalışdırıb.