Menyu

"Barselona" "Çelsi"nin müdafiəçisi ilə maraqlanır

Operativ Media
"Barselona" "Çelsi"nin müdafiəçisi ilə maraqlanır

"Barselona" "Çelsi"nin müdafiəçisi Vesli Fofananı heyətinə qatmaq istəyir.

Operativ Media xəbər verir ki, bu haqda "Sky Switzerland" məlumat yayıb.

Mənbə qeyd edir ki, 25 yaşlı fransalı futbolçunun xidmətləri nümayəndələri tərəfindən İspaniya klubuna təklif olunub. Transfer üçün 30 milyon avroluq məbləğ kifayət etsə də, "Barselona" oyunçunu əvvəlcə satın alma hüququ ilə icarəyə götürməyə üstünlük verir.

2022-ci ildə 80 milyon avro qarşılığında "Çelsi"yə keçdiyi vaxtdan bəri zədələrdən əziyyət çəkən Fofana, 2025/26 mövsümündə cəmi 17 oyuna start heyətində çıxıb. Ümumilikdə London klubunun heyətində keçirdiyi 34 matçda o, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Fofananın "Çelsi" ilə hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir.

"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 28 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər