Şimali Kuril adalarında 4,3 bal gücündə zəlzələ baş verib
Şəfa Hüseynli
Şimali Kuril adaları yaxınlığında 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyası məlumat yayıb.
Xidmətin məlumatına görə, zəlzələnin episentrı Severo-Kurilsk şəhərindən 118 km cənubda, dəniz dibinin 42 km dərinliyində yerləşib. Maqnitudası 4,3 olub.