Menyu

Unai Emeri: İstanbulda final oynamaq bizim üçün xüsusi hissdir

Operativ Media
Unai Emeri: İstanbulda final oynamaq bizim üçün xüsusi hissdir

"Aston Villa"nın baş məşqçisi Unai Emeri Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Nottingem Forest" üzərində qazanılan qələbəni (4:0) şərh edib.

Operativ Media xəbər verir ki, o, İstanbulda final oynamağın özəl hiss olduğunu bildirib.

"Aston Villa"nın bu oyunu keçirmə tərzi ilə fəxr edirəm. İstanbulda final oynamaq çox özəl bir hissdir və biz buna nail olmağımızla qürur duya bilərik. İndi finala yüksəlməyin və bu prosesin dadını çıxarırıq. Hazırlıqdan zövq alırıq, rəqiblərimizə, finala və "Frayburq"a hörmətlə yanaşırıq. Bu, xüsusi bir gün idi, azarkeşlər bunu anladılar və möhtəşəm bir atmosfer yaratdılar. Onlar öz enerjilərini və arzularını bizə ötürdülər. Bu turnirdə qalib gəlmək üçün ehtiras nümayiş etdirmək çox vacibdir. Oyunçular meydanda buna fantastik reaksiya verdilər", — deyə UEFA-nın rəsmi saytı Emeridən sitat gətirib.

İki oyunun nəticəsinə görə qələbə qazanan "Aston Villa" Avropa Liqasının finalına yüksəlib və burada "Frayburq"la qarşılaşacaq. Qarşılaşma mayın 20-də İstanbuldakı "Beşiktaş Park" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Əlaqəli Xəbərlər