Menyu

Tramp: İran "nüvə tozunu" ABŞ-yə təhvil verməlidir

Operativ Media
Tramp: İran "nüvə tozunu" ABŞ-yə təhvil verməlidir

ABŞ Prezidenti Donald Tramp İranla bağlı nizamlanma təklifinin Tehranın nüvə silahından imtina etməsini və "nüvə tozunun" Birləşmiş Ştatlara təhvil verilməsini nəzərdə tutduğunu iddia edib.

Operativ Media xəbər verir ki, Amerika liderinin bu sözlərini Ağ Evin mətbuat xidməti yayıb.

"Bu, birsəhifəlik təklifdən daha böyük bir sənəddir. Bu təklif, mahiyyət etibarilə, onların nüvə silahına sahib olmayacağını deyir. Onlar "nüvə tozunu" və istədiyimiz bir çox başqa şeyləri bizə təhvil verəcəklər", - deyə Tramp bildirib.

Tramp "nüvə tozu" dedikdə, İranın İsfahan, Nətənz və Fordo nüvə obyektlərində saxlanılan yüksək dərəcədə zənginləşdirilmiş uranı nəzərdə tutur. Xatırladaq ki, ABŞ 2025-ci ilin iyun ayında həmin obyektlərə havadan zərbələr endirmişdi.

Əlaqəli Xəbərlər