Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil
Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil.
Operativ Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib.
"Ukrayna prezidentinin səfəri ilə bağlı mən artıq bu məsələ ilə bağlı açıqlamalar vermişəm. Biz Ukraynaya humanitar yardım göndərmişik və mən demişəm ki, biz Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyilik", - Paşinyan bildirib.
Baş nazir Alma-Ata bəyannaməsinin Ermənistan üçün fundamental əhəmiyyət kəsb etdiyini və İrəvanın da Azərbaycanla sülh prosesini qurmaq üçün onun üzərində qurulduğunu vurğulayıb.
"Siz Alma-Ata Bəyannaməsinin bizim üçün nə qədər vacib və fundamental olduğunu bilirsiniz və biz bu Bəyannaməyə arxalanırıq və Azərbaycanla bu təməl üzərində sülh qururuq. Bu, bizim prinsipial mövqeyimizdir", - Baş nazir qeyd edib.