İsrail ordusu Livanda Hizbullahın 15-dən çox hədəfinə hücum edib
Şəfa Hüseynli
İsrail ordusu Livanın cənubundakı Hizbullah hərəkatının infrastrukturuna yeni zərbələr endirib.
Operativ Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bəyanata görə, Livanın cənubundakı bir neçə ərazidə Hizbullahın 15-dən çox hədəfinə hücum edilib. İsrail tərəfinin məlumatına görə, zərbələr silah anbarlarına, silah istehsalı sahələrinə, buraxılış meydançalarına, qərargahlara və hərbi məqsədlər üçün istifadə edilən digər obyektlərə yönəlib.
Ordu həmçinin bildirib ki, Livanın cənubunda əməliyyat keçirən İsrail qoşunları Hizbullahın yenidən atəşinə məruz qalıb. Onların istiqamətində bir neçə raket atılıb, lakin İsrail tərəfində itkilər barədə məlumat verilməyib.