Tokayev ordu və təhlükəsizlik qüvvələrində genişmiqyaslı islahatların aparılacağını elan edib
Şəfa Hüseynli
Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev ordu və təhlükəsizlik qüvvələrində genişmiqyaslı islahatların aparılacağını elan edib.
Operativ Media xəbər verir ki, bu barədə Tokayev dövlət mükafatlarının və hərbi rütbələrin təqdim edilməsi mərasimində ölkə ordusunun modernləşdirilməsi planlarını açıqlayıb.
Bildirilib ki, növbəti iki il ərzində Qazaxıstan müdafiə potensialını artıracaq və Silahlı Qüvvələrində islahatlar aparacaq.
O, ölkənin istənilən təhdidlərə qarşı hazır olduğunu vurğulayıb.