Daha bir azərbaycanlı MMA döyüşçüsü UFC-də çıxış edəcək
Operativ Media
Azərbaycanlı döyüş növləri ustası Fərman Həsənov karyerasında mühüm addım atıb.
Operativ Media İdman.Biz-ə istinadən xəbər verir ki, idmançı dünyanın ən nüfuzlu döyüş təşkilatı olan UFC ilə rəsmi müqavilə imzalayıb.
Bildirilir ki, 5 qələbə və məğlubiyyətsiz seriyası ilə Fərman Həsənov diqqətləri üzərinə cəlb etməyi bacarıb. O, xüsusilə Legacy Fighting Alliance (LFA) turnirlərindəki uğurlu çıxışları ilə seçilib.
Velter çəki dərəcəsində mübarizə aparan azərbaycanlı döyüşçü bundan sonra UFC arenalarında çıxış edəcək və ölkəmizi beynəlxalq səviyyədə təmsil edəcək.