Menyu

Rubio: Çin İrana görə ABŞ sanksiyalarını pozarsa, cəzalandırılacaq

Operativ Media
Rubio: Çin İrana görə ABŞ sanksiyalarını pozarsa, cəzalandırılacaq

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, rəsmi Pekin İrana qarşı tətbiq edilən məhdudiyyətlərə məhəl qoymasa, Vaşinqton Çinə qarşı ikincidərəcəli sanksiyalar tətbiq edəcək.

Operativ Media xəbər verir ki,  o, bu haqda Ağ Evdə keçirilən brifinqdə jurnalistlərin Pekinin Amerika sanksiyalarına etinasızlığı ilə bağlı sualını cavablandırarkən deyib.

"Bizim müvafiq cavab alətlərimiz var. Əgər kimsə sanksiyalarımıza məhəl qoymasa, ikincidərəcəli sanksiyalarla üzləşə bilər. Bu gün bu məsələ ilə bağlı yeni bir bəyanatım yoxdur, lakin biz bu cür tədbirləri sadəcə rəmzi jest xatirinə tətbiq etmirik", — deyə Rubio qeyd edib.

Əlaqəli Xəbərlər