Menyu

İsrail ordusu Livanda “Hizbullah”ın 25 hədəfini vurub

Operativ Media
İsrail ordusu Livanda “Hizbullah”ın 25 hədəfini vurub

İsrail ordusu son bir sutka ərzində Livanın cənubunda "Hizbullah" hərəkatına məxsus 25 hərbi hədəfə zərbələr endirib.

Operativ Media xəbər verir ki, bu haqda İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin bəyanatında bildirilir: "Son 24 saat ərzində SAXAL tərəfindən “Hizbullah”ın 25 obyektinə, o cümlədən silah anbarı və hərbi məqsədlər üçün istifadə olunan tikililərə zərbələr endirilib".

Nazirlikdən həmçinin əlavə edilib ki, çərşənbə axşamı İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" terrorçularının daxildə fəaliyyət göstərdiyi bir neçə hərbi təyinatlı binanı hədəf alıb. Qeyd olunub ki, həmin hava zərbələri nəticəsində bir neçə terrorçu zərərsizləşdirilib.

Əlaqəli Xəbərlər