Menyu

Saliba: "Arsenal"ın dörd finalı qalıb və hamısında qalib gələcəyik"

Operativ Media
Saliba: "Arsenal"ın dörd finalı qalıb və hamısında qalib gələcəyik"

"Arsenal" UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "Atletiko"ya qalib gələrək finala vəsiqə qazanıb.

Operativ Media xəbər verir ki, "topçular"ın müdafiəçisi Vilyam Saliba Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Atletiko" üzərində qazanılan qələbədən (1:0) sonra mövsümün qalan bütün qarşılaşmalarında qalib gəlmək niyyətində olduqlarını bildirib.

"Hər şey hələ bitməyib. Qarşıda bizi dörd final gözləyir: Premyer Liqada 3 oyun və Çempionlar Liqasının finalı. Biz bütün oyunlarda qalib gəlmək istəyirik və buna nail olacağımıza əminəm", – deyə futbolçu qeyd edib.

İki oyunun nəticəsinə görə (ilk matç — 1:1) finala yüksələn "Arsenal" həlledici mərhələdə "PSJ" – "Bavariya" cütünün (ilk matç — 5:4) qalibi ilə qarşılaşacaq. Çempionlar Liqasının finalı mayın 30-da Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək.

Hazırda Premyer Liqada turnir cədvəlinə başçılıq edən "Arsenal" "Mançester Siti"ni 5 xal qabaqlayır. London təmsilçisinin çempionatda "Vest Hem", "Bernli" və "Kristal Pelas"la oyunları qalıb.

Əlaqəli Xəbərlər