Menyu

Tehranda ticarət mərkəzində baş verən yanğın nəticəsində 8 nəfər həlak olub

Operativ Media
Tehranda ticarət mərkəzində baş verən yanğın nəticəsində 8 nəfər həlak olub

İranın paytaxtı Tehranın qərbində yerləşən Arguvan Ticarət Mərkəzində baş verən yanğın nəticəsində səkkiz nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə İran Dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 8 nəfər ölüb, 36 nəfər yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.

Yanğının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Əlaqəli Xəbərlər