Menyu

Azərbaycan atıcısı ISSF Dünya Kubokunda finala yüksəldi

Operativ Media
Azərbaycan atıcısı ISSF Dünya Kubokunda finala yüksəldi

Azərbaycan idmançısı Nurlana Cəfərova Qazaxıstanın Almatı şəhərində stend atıcılığı üzrə keçirilən ISSF Dünya Kubokunda finala yüksəlib.

Azərbaycan Atıcılıq Federasiyasından Operativ Media-ya verilən məlumata görə, qadınlar arasında dairəvi stend növündə yarışan təmsilçimiz yüksək nəticə göstərərək həlledici mərhələyə vəsiqə qazanıb.

O, sabit performansı və dəqiq atışları ilə seçilib.

Əlaqəli Xəbərlər