Menyu

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları 18 bənd genişləndirib

Şəfa Hüseynli
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları 18 bənd genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirərək, Kamerun, Çin və Tailanddan olanlar da daxil olmaqla 10 fiziki şəxs və səkkiz şirkəti "qara siyahı"ya salıb.

Operativ Media xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilmiş sənəddə bildirilir.

Bundan əlavə, daha 17 şirkət və şəxsə sanksiya tətbiq edilib. Xüsusilə, məhdudiyyətlər Rusiyanın "Eltech Component" və "SNK Trade" şirkətlərinə, eləcə də Çində qeydiyyatdan keçmiş "M9 Logistics Ltd" və "M9 Logistics Co" şirkətlərinə, Tailandın "Sea 2 Sky" və "Canopus Trading Group", "Tanaq" şirkətlərinə və Kamerunlu "Enangue Holding"ə təsir edib.

Sanksiya siyahısındakı şirkətlərin hesablarının Britaniya banklarında aşkar ediləcəyi təqdirdə, onların dondurulacağı və şəxslərin ölkəyə girişinin qadağan ediləcəyi dəqiqləşdirilib.

Əlaqəli Xəbərlər