Menyu

Bakıda stolüstü tennis üzrə ölkə birinciliyi keçirilir

Operativ Media
Bakıda stolüstü tennis üzrə ölkə birinciliyi keçirilir

Stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Operativ Media-ya verilən məlumata görə, "Şüa İdman Kompleksi"ndə keçirilən yarışda U-19 və U-15 yaş qrupları üzrə idmançılar bacarıqlarını göstərirlər.

4 gün davam edəcək birincilikdə Bakı ilə yanaşı, müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparır.

Qaliblər komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində müəyyənləşəcək. Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.

Əlaqəli Xəbərlər