Azərbaycan vətəndaşları da daxil olmaqla 101 əcnəbi miqrant Gürcüstandan deportasiya edilib
Şəfa Hüseynli
Son günlərdə görülən miqrasiya tədbirləri nəticəsində 101 xarici vətəndaş Gürcüstandan çıxarılıb.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkmənistan, Hindistan, Türkmənistan, İraq, Azərbaycan, Rusiya, Özbəkistan, Nigeriya, Banqladeş, İordaniya, Keniya, Sudan, Belarus, Uqanda, Nepal, Pakistan, Filippin, Qırğızıstan, Zimbabve, Livan və digər ölkələrin ümumilikdə 101 vətəndaşı ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.