Menyu

CENTCOM: Fars körfəzində 87 ölkədən yük gəmiləri toplanıb

Şəfa Hüseynli
CENTCOM: Fars körfəzində 87 ölkədən yük gəmiləri toplanıb

87 ölkədən gələn yük gəmiləri hazırda Fars körfəzində Hörmüz boğazından keçidi gözləyir.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper məlumat yayıb.

Kuper komandanlığın veb saytında dərc olunmuş açıqlamada bildirib ki, "Hazırda Fars körfəzində olan gəmilər dünyanın 87 ölkəsinin maraqlarını təmsil edir".

O əlavə edib ki, son 24 saat ərzində komandanlıq onlarla gəmi sahibi və gəmiçilik şirkəti ilə əlaqə saxlayıb və onların Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib. 

Əlaqəli Xəbərlər