Menyu

Çində fişəng fabrikində partlayış baş verib: 21 nəfər ölüb, 61 nəfər yaralanıb

Şəfa Hüseynli
Çində fişəng fabrikində partlayış baş verib: 21 nəfər ölüb, 61 nəfər yaralanıb

Çinin cənubundakı Hunan əyalətində fişəng fabrikində baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 61 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Yerli Fövqəladə Halların İdarə Edilməsi Agentliyi partlayış nəticəsində 21 fabrik işçisinin öldüyünü, 61 nəfərin isə yaralandığını açıqlayıb.

Hadisədən sonra əraziyə yanğınsöndürmə və təcili yardım qrupları göndərilib və axtarış-xilasetmə əməliyyatları davam edir.

Əlaqəli Xəbərlər